PDF Oxu

Siyasət

  • 13

“Qaradağlı: faciə və qəhrəmanlıq səlnaməsi” mövzusunda dəyirmi masa keçirilib

“Qaradağlı: faciə və qəhrəmanlıq səlnaməsi” mövzusunda dəyirmi masa keçirilib

Xocavənd rayon Gənclər və İdman idarəsi və Yeni Azərbaycan Partiyası Xocavənd rayon Gənclər Birliyi rayon İcra Hakimiyyəti ilə birgə "Yeni Tuğ" qəsəbəsində gənclərin iştirakı ilə Qaradağlı faciəsinin 22-ci ildönümünə həsr olunana "Qaradağlı: faciə və qəhrəmanlıq səlnaməsi" mövzusunda dəyirmi masa keçirib. SİA-nın xəbərinə görə, Gənclər və İdman idarəsinin əməkdaşları ilə bərabər Xocavənd Rayonu İcra Hakimiyyəti Başçısı aparatının məsul işçilərinin də qatıldığı tədbirdə torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi yad olunub. Erməni hərbi birləşmələrinin Qaradağlı kəndində törətdikləri vəhşiliklər, kənd özünümüdafiə dəstəsinin erməni Təcavüzkarlarına qarşı apardığı mübarizə və başqa məqamlar barədə gənclərə ətraflı məlumat verilib.Həmçininn gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi ilə bağlı müxtəlif çıxışlar edilib.

sia.az

Digər xəbərlər