PDF Oxu

Siyasət

  • 9

Hikmət Babaoğlu: “Siyahı Xədicə İsmayıl tərəfindən deyil, məhz Əli Kərimli tərəfindən hazırlanıb”

Hikmət Babaoğlu: “Siyahı Xədicə İsmayıl tərəfindən deyil, məhz Əli Kərimli tərəfindən hazırlanıb”

"Xədicə İsmayılın hazırlayıb ABŞ Senatının əməkdaşlarına təqdim etdiyi siyahı müxalifət daxilində baş verən ziddiyətlərin, qarşıdurmaların təzahürü kimi meydana çıxdı və bir şantajdan ibarətdir". Bu fikirləri SİA-ya açıqlamasında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu dedi.Baş redaktor onu da qeyd etdi ki, bu siyahının tərtib olunmasında hansısa bir marginal müxalifət qrupunun maraqlarını açıq görürük: "Həmin adamın adının siyahıda çəkilməməsi bunun əyani sübutudur. Bu baxımdan, siyahının hazırlanmasında Əli Kərimlinin əlinin olmasını ehtimal etmək mümkündür. Siyahı ilə tanış olan hər bir insanda belə bir təəssürat yaranır ki, bu, Xədicə İsmayıl tərəfindən deyil, məhz Əli Kərimli tərəfindən hazırlanıb".Siyahının primitiv hazırlandığını da qeyd edən Hikmət Babaoğlu onu da vurğuladı ki, normal siyasətlə məşğul olmayan, siyasət elmindən, Azərbaycanın siyasi sistemindən xəbəri olmayan istənilən bir insan belə bunun hansı məqsəd daşıdığını aydın şəkildə dərk edir: "Hesab edirəm ki, bu radikal müxalifətin daxilində olan marginal qrupların bir-birilərinə "qurşaqaltı" zərbələrinin növbəti seansıdır".

sia.az

Digər xəbərlər