"Prezident İlham Əliyevin uğurla davam etdirdiyi sosial-iqtisadi siyasət nəticəsində son 10 ildə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoymuş, iqtisadiyyatın davamlı inkişafı təmin edilmiş, ölkəmiz daha da qüdrətlənmiş, əhalinin sosial rifahı yüksəlmiş, Azərbaycan beynəlxalq əhəmiyyətli iri layihələrin təşəbbüskarına və əsas iştirakçısına, dünyada nüfuzu gündən-günə artan dövlətə çevrilmişdir". Bu fikirləri İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin Trend-ə müsahibəsində bildirmişdir.
Şahin Mustafayev qeyd etmişdir ki, qazanilmiş uğurlar statistik göstəricilərdə də öz təsdiqini tapır. Belə ki, 10 il ərzində ÜDM 3,2 dəfə, qeyri-neft sektoru 2,6 dəfə, o cümlədən informasiya və rabitə 8,2 dəfə, tikinti 4,7 dəfə, nəqliyyat 2,5 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, turizm 10,6 dəfə, dövlət büdcəsinin gəlirləri 16 dəfə, investisiyalar 6,5 dəfə, xarici ticarət dövriyyəsi 6,6 dəfə, ixrac 9,3 dəfə artmış, strateji valyuta ehtiyatları 31,3 dəfə artaraq 50 milyard dolları ötmüşdür. Bu müddətdə əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artmış, yoxsulluğun səviyyəsi 8,4 dəfə azalaraq 5,3%-ə, işsizliyin səviyyəsi isə 2 dəfə azalaraq 5%-ə enmişdir.
yap.org.az