PDF Oxu

Siyasət

  • 12

Jalə Əliyeva: "Xocalıya ədalət" kampaniyası nəticəsində bir çox dövlətlər Azərbaycan həqiqətlərini tanıyır

Jalə Əliyeva: "Xocalıya ədalət" kampaniyası nəticəsində bir çox dövlətlər Azərbaycan həqiqətlərini tanıyır

"Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində istər dövlət, istərsə də qeyri-hökümət təşkilatları səviyyəsində böyük işlər görülür". Bu fikri Milli Məclisin deputatı Jalə Əliyeva deyib.

J.Əliyeva bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Xocalıya ədalət" kampaniyası çərçivəsində həyata keçirdiyi işlər yüksək dəyərə malikdir. Onun sözlərinə görə, "Xocalıya ədalət" kampaniyası nəticəsində bir çox dövlətlər Azərbaycan həqiqətlərini tanıyır.

"Getdikcə bu kampaniya ətrafında daha çox insan birləşərək öz səslərini dünyaya çatdırır. Milliyətindən, irqindən asılı olmayaraq insanlar Xocalıda dinc əhalinin başına gətirilən müsübətləri, faciəni dünyaya tanıdılmasında iştirak edir. Azərbaycan həqiqətlərini beynəlxalq aləmə çatdırmaq hər bir vətəndaşın vəzifəsidir. İldə bir gün 26 fevralda bu faciəni xatırlamalı deyil, hər zaman getdiyimiz bütün yerlərdə onu təbliğ etməliyik. Bu ədalətsizliyi daha da geniş müstəvidə tanıtmalıyıq. Dünya ictimai rəyini dövlətimizə tərəf daha güclü bir şəkildə çəkməyi bacarmalıyıq"- deyə, J.Əliyeva qeyd edib.

yap.org.az

Digər xəbərlər