PDF Oxu

Siyasət

  • 10

VIII Möcüzə-Liderlik Məktəbi layihəsinin bağlanış mərasimi baş tutdu

VIII Möcüzə-Liderlik Məktəbi layihəsinin bağlanış mərasimi baş tutdu

Tovuz rayonunda Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən reallaşdırılan VIII Möcüzə-Liderlik Məktəbi layihəsinin bağlanış mərasimi baş tutub. SİA-nın məlumatına görə, 28 ali və orta ixtisas məktəblərindən 100 tələbənin iştirak etdiyi VIII Möcüzə-Liderlik Məktəbi layihəsi 10-16 fevral tarixlərində həyata keçirilib.

Layihə ərzində iştirakçılar dörd komandaya : "Ümid", "Çıraqlı", "Günəşli" və "Şahdəniz" komandalarına bölünüblər. Layihə çərçivəsində iştirakçılara etiket, layihələrin yazılması və idarə olunması, liderlik və sosial media təlimləri keçirilib və keçirilən təlimlərə əsasən iştirakçılar imtahan veriblər. Xüsusi ilə fərqlənmiş tələbələr diplomlar ilə təltif olunublar.

Sonda layihənin qalib olan Günəşli komandasının üzvləri "Skandinaviya Evi" nin təqdim etdiyi qiymətli hədiyyələr ilə mükafatlandırılıb.

sia.az

Digər xəbərlər