PDF Oxu

Siyasət

  • 10

Fərhad Məmmədov: “Hər üç dövlətə qarşı ərazi iddiaları mövcuddur”

Fərhad Məmmədov: “Hər üç dövlətə qarşı ərazi iddiaları mövcuddur”

"Azərbaycan-Gürcüstan-Türkiyə: üçtərəfli ittifaq və regional siyasətin gələcəyi" mövzusunda konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə irəli sürülüb". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında SAM-ın direktoru Fərhad Məmmədov bildirib.SAM-ın direktorunun sözlərinə görə, artıq 20 ildən çoxdur ki, Azərbaycan və Gürcüstan müstəqil dövlətlərdir: "Bu iki ölkənin siyasəti və həyata keçirdiyi layihələr üçtərəfli münasibətlərə çox ciddi təsir göstərib. Digər tərəfdən prezidentlər, parlamentlər, xarici işlər nazirləri səviyyəsində mütəmadi olaraq görüşlər keçirilir. İctimai rəyin formalaşmasına ciddi təsir göstərən beyin mərkəzlərinin birgə tədbir keçirməsi və eyni zamanda yeni inkişaf istiqamətlərinin potensialını müəyyənləşdirmək üçün biz bu kimi müzakirələri təşkil etmişik. Artıq belə bir fikir formalaşıb ki, bu cür konfranslar hər il keçirilsin".F. Məmmədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq deyib ki, Azərbaycan-Gürcüstan-Türkiyənin inkişafa, sülh və təhlükəsizliyə yönələn fəaliyyəti mövcuddur: "Amma bizim bölgədə sülh və təhlükəsizliyə olan təhdid ilk növbədə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Ümumiyyətlə, Ermənistanın işğalçı siyasəti və hər üç dövlətə qarşı ərazi iddiaları mövcuddur. Bizim fikrimizcə, Ermənistanın ümumi inkişaf konsepsiyasında olan iştirakı onun aqressiv siyasətdən əl çəkməsi nəticəsində irəli gələ bilər. Bu mənada hesab edirəm ki, qarşı tərəf yaxın gələcəkdə öz seçimini etməli və konstruktiv mövqe sərgiləməlidir".

sia.az

Digər xəbərlər