PDF Oxu

Siyasət

  • 9

Azay Quliyev: Azərbaycan ATƏT PA-nın yay sessiyasının yüsksək səviyyədə keçirilməsinə hazırdır

Azay Quliyev: Azərbaycan ATƏT PA-nın yay sessiyasının yüsksək səviyyədə keçirilməsinə hazırdır

Vyanada ATƏT Parlament Assambleyasının qış sessiyası çərçivəsində Assambleyanın yay sessiyasının Bakıda keçirilməsi ilə bağlı məsələ müzakirə olunan zaman Azərbaycan nümayəndələri ölkəmizin bu tədbirə tam hazır olduğunu, lazımi şəraitin yaradıldığını, sessiya iştirakçılarına tədbirlə bağlı bütün müvafiq məlumat və materialların təqdim edildiyini diqqətə çatdırıblar.

Ermənistan nümayəndə heyətinin rəhbəri Artaşes Qiqanyan daimi komitənin iclasında adəti üzrə Azərbaycana qarşı böhtan dolu çıxışlar silsiləsindən növbətisini edib. O, belə bir tədbirin Bakıda keçirilməsinin qeyri-düzgün qərar olduğunu, erməni deputatların Bakıya səfər etməkdən çəkindiklərini söyləyib.

Azay Quliyev erməni deputata cavab olaraq bildirib ki, o, Azərbaycanla bağlı qarayaxma kampaniyası aparır. A.Qiqanyan son illərdə Azərbaycan və Türkiyə ilə bağlı yalnız yalanlar söyləməklə özünün təbliğatını qurmağa çalışır. "Azərbaycana səfər edənlər ölkənin kifayət qədər tolerant olduğunu bilirlər. Hətta erməni əsilli vətəndaşlar da Azərbaycanda təhlükəsiz şəraitdə yaşayırlar. 2012-ci ildə Avronest Parlament Assambleyasının illik sessiyası Bakıda keçirilib və həmin tədbirdə Ermənistandan səkkiz deputat iştirak edib. Azərbaycan həmin deputatların təhlükəsizliyi üçün tam təminat verib və onların Azərbaycandan gedərkən heç bir narazılıqları olmayıb. Azərbaycan bu dəfə də erməni deputatların təhlükəsizliyinə tam təminat verir və onların araqarışdıran çıxışlarına baxmayaraq, yay sessiyasında Bakıda bütün iştirakçılar üçün yüksək səviyyədə şərait yaradılacaq. Azərbaycan ATƏT PA-nın yay sessiyasının yüsksək səviyyədə keçirilməsinə hazırdır"- deyə, A.Quliyev qeyd edib.

Sonra ATƏT PA-nın prezidenti Ranko Krivokapiç Azərbaycan nümayəndə heyətinin tədbirə hazırlığını yüksək qiymətləndirdiyini, yay sessiyasının Bakıda uğurla keçiriləcəyinə əmin olduğunu söyləyib. Digər çıxışçılar da Azərbaycanın mövqeyini dəstəkləyib, Bakıdakı illik yay sessiyasında iştirak edəcəklərini bildiriblər.

yap.org.az

Digər xəbərlər