PDF Oxu

Siyasət

  • 10

Əflatun Amaşov: Azərbaycan mətbuatının inkişafı göz önündədir

Əflatun Amaşov: Azərbaycan mətbuatının inkişafı göz önündədir

"Azərbaycan mətbuatı böyük ənənəyə malikdir. Bu gün mətbuatımız kifayət qədər inkişaf edib. Hətta deyərdim ki, ölkəmizdə fəaliyyət göstərən jurnalistlər dünyanın ən inkişaf etmiş ölkələrində fəaliyyət göstərən KİV-də işləyə bilərlər". Bu fikirləri Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki, Azərbaycan mətbuatının inkişafı göz önündədir. Onun sözlərinə görə, artıq ölkəmizdə internet media da xeyli inkişaf edərək ictimai fikirdə özünəməxsus yer tutur.

"Azərbaycanda təqribən 300 internet informasiya resursu fəaliyyət göstərir. Təkcə 2013-cü ildə Azərbaycanın internet seqmentində 70-ə yaxın internet informasiya portalı yaranıb. İnternet portallarının sayının artması hazırda bir çox KİV-in ənənəvi kağız daşıyıcılardan internetə miqrasiya etməsi ilə bağlıdır və hazırda 10-dan artıq informasiya portalı Mətbuat Şurasının üzvüdür"- deyə, Ə.Amaşov vurğulayıb.

yap.org.az

Digər xəbərlər