Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin nümayəndə heyətinin Konrad Adenauer Fondunun dəvəti ilə Almaniyaya səfəri başlamışdır. Fevralın 16-da başlamış səfər çərçivəsində artıq bir neçə görüş keçirilmişdir.
İlk görüş Almaniya Federativ Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşı Nadya Müntsh ilə olmuşdur. Bu görüşdə "Siyasi ekstremizm" mövzusunda fikir mübadiləsi parılmışdır.
Bundan başqa nümayəndə heyətinin Konrad Adenauer Fondunun Belarus, Ukrayna və Cənubi Qafqaz üzrə koordinatoru Yasper Elitze ilə də görüşü keçirilmişdir. Bu görüşdə Fondun həyata keçirəcəyi layihələr haqqında bəhs edilmişdir.
Qeyd edək ki, YAP gənclərinin Almaniyadakı görüşləri fevralın 22-dək davam edəcəkdir.
yap.org.az