Fevralın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, YAP Naxçıvan MR təşkilatının sədri Vasif Talıbovun sədrliyi ilə YAP Naxçıvan MR təşkilatının idarə heyətinin 2013-cü ildəki fəaliyyəti və qarşıda duran vəzifələrlə əlaqədar iclası keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirmişlər ki, iclasda Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi Anar İbrahimovun hesabat məruzəsi dinlənilmişdir.
Sonra Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin sədri Azad Cabbarov və partiyanın Universitet şəhərciyi ərazi ilk təşkilatının sədri Kamal Camalov çıxış etmişlər.
Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbov iclasda geniş nitq söyləmiş, tapşırıq və tövsiyələrini vermişdir.
yap.org.az