Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Gənclər qolunun 20 fevral 2014-cü il tarixində Malayziyanın Kuala-Lumpur şəhərində keçiriləcək İdarə Heyətinin iclasında iştirak etmək üçün bu ölkəyə səfər edib. İclasda əsasən, qlobal problemlər və bu problemlərin həlli istiqamətində quruma üzv gənclərin mübarizə metodları, sülh çağırışları müzakirə olunacaq.
Qeyd edək ki, YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov Asiya Siyasi Partiyası Beynəlxalq Konfransının Gənclər qolunun vitse-prezidentidir.
yap.org.az