Ötən gün Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) ilə AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası arasında əməkdaşlıq barəsində memorandum imzalanıb. ATGTİ-nin mətbuat katibi Hüseyn İsmayılovun SİA-ya verdiyi məlumata görə, keçirilən görüş çərçivəsində ATGTİ-nin sədri Şahin İsmayilov, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famin Salmanov Şuranın idarə heyyətinin üzvləri Orxan Abbasov, Nüsrət Siracov, Eşqanə Babayevə vədigərləri iştirak edib.ATGTİ-nin sədri Şahin İsmayilov keçirilən görüş çərçivəsində tələbələrin elmə olan marağı, bu sahədə ATGTİ tərəfindən görülən işlərdən danışıb.Daha sonra ATGTİ iləGənc Alim və Mütəxəssislər Şurasının gənclərin elmi fəaliyyətə yönəldilməsi və bu yolda inkşafa nail olmaq məqsədi ilə görüləcək işlərdən və həyata keçiriləcək elmi konfrans və forumlar haqqında danışılıb.Sonda hər iki tərəf arasında sənəd imzalanıb və xatirə fotosu çəkilib.
sia.az