PDF Oxu

Siyasət

  • 15

Gənc sahibkarlar üçün yeni imkanlar yaradılır

Gənc sahibkarlar üçün yeni imkanlar yaradılır

Bu gün Bakı Biznes Mərkəzində keçirilən Gənclərin Sahibkarlıq Proqramının ("Youth Inc") 2-ci mərhələsinin təqdimat mərasiminə həsr olunmuş tədbir çərçivəsində "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi (DVD), "Coca-cola" şirkəti və Azərbaycan Gənclər və İdman Nazirliyi arasında əməkdaşlığa dair memorandum imzalanıb. SİA-nın məlumatına görə, memoranduma əsasən, ("Youth Inc") proqramının birgə inkişaf etdirilməsi, gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, gənc sahibkarlar üçün xüsusi alətlərin və imkanların yaradılması nəzərdə tutulur.Gənclərin Sahibkarlıq Proqramının ("Youth Inc") 2-ci mərhələsinin təqdimat mərasiminə həsr olunmuş tədbirdə Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayev, Coca-cola" şirkətətinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə ictimaiyyətlə əlaqələr və kommunikasiya üzrə meneceri Oleq Piletski, "Vətəndaş Cəmiyyətində Debat" İB-nin sədri Seymur Hüseynov, gənclər təşkilatlarının, biznes şəbəkələrinin, müxtəlif şirkətlərin nümayəndələri, sahibkarlar və gənclər iştirak edib.Tədbirdə gənc sahibkarlıq sahəsində yeni alətlərin təqdimatı keçirilib. Belə ki, gənc sahibkarlar üçün www.youthinc.az internet portalı təqdim olunub. Portal vasitəsilə gənc sahibkarlar sosial şəbəkə formatında ünsiyyət qurub, öz məhsul və xidmətlərini təqdim edib, eləcə də digər sahibkarlarla forum vasitəsi ilə məsləhət ala bilərlər. Yaxın zamanlarda portalda gənc sahibkarlara lazımi məlumatları təqdim etmək məqsədi ilə bloq fəaliyyət göstərəcək.Qeyd edək ki, "Youth Inc" bir neçə mərhələdən ibarət olmaqla, uzunmüddətli gənclər proqramıdır

sia.az

Digər xəbərlər