"Xocalı soyqırımının dünya səviyyəsində tanıdılması üçün dövlət və hökümət, ictimaiyyət nümayəndələri, media qrumları və QHT-lər bir sıra tədbirlər həyata keçirirlər". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlərə münasibətini açıqlayarkən bildirib. "Eyni zamanda parlament nümayəndələrimiz xarici dövlətlərdə keçirilən tədbirlərdə erməni qəsbkarlarının xalqımıza qarşı edilən təcavüzlərini beynəlxalq aləmə çatdırırlar" - deyə bildirən millət vəkili onu da qeyd etdi ki, Xocalıya ədalət kampaniyası çərçivəsində bir çox dövlətlər, xarici təşkilatlar Xocalı soyqırımını tanıyıb: "Amma buna baxmayaraq bu istiqamətdəki işlərimiz davam etməkdədir. Çünki bizim məqsədimiz bütün dünya dövlətlərinə Xocalı soyqırımını tanıtmaqdır. Hazırda Cənubi Afrikanın Yohanesburq şəhərindəyik. Səfirlikdə keçirilən görüşümüzdə xalqımıza qarşı edilən amansızlıq haqqında məlumat verdik. Eyni zamanda, bu günlərdə keçiriləcək tədbirlərdə də Xocalı soyqırımı haqqında fikirlərimizi ictimaiyyətə çatırdacağıq".
sia.az