PDF Oxu

Siyasət

  • 14

İltimas Məmmədov: Rəqəmsal yayım ölkəni tam əhatə etməkdədir

İltimas Məmmədov: Rəqəmsal yayım ölkəni tam əhatə etməkdədir

"Bu gün Azərbaycan bəlkə də yeganə ölkələrdəndir ki, analoq yayımla rəqəmsal yayım paralel aparılır. Baxmayaraq ki, bu bizim nazirliyin, Radiotezliklər İdarəsinin və Teleradio İstehsalat Birliyinin məsrəfi bahasına başa gəlir. Adətən dünyanın hər yerində bir yayım başladısa, ikincisini dərhal dayandırırlar". Bu fikirləri rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, bu gün analoq yayım ölkəmizin müəyyən ərazilərini əhatə edir. Onun sözlərinə görə, rəqəmsal yayım da ölkəni tam əhatə etməkdədir.

"Sadəcə, qısa müddətdə analoq yayımın dayandırılması barədə qərar qəbul ediləcək. Rəqəmsal yayıma keçdikdən sonra sosial paket dediyimiz bir paket formalaşdırılır, bu paket əsasında bütün ölkə ərazisində bəlli sayda kanallar pulsuz olaraq hər yerdə yayımlanacaq. Bizdə bu kanalların sayı təxminən 10-dur. Bundan artıq kanala baxmaq istəyən kanalların sayına uyğun müəyyən operatorla müqavilə imzalayıb müəyyən məbləğ ödəyərək baxa biləcəklər"-deyə, nazir müavini vurğulayıb.

yap.org.az

Digər xəbərlər