"YARAT" Müasir İncəsənət Məkanı martda Dubayda keçiriləcək "Art Dubai 2014" beynəlxalq incəsənət sərgisində iştirak edəcəkdir.
Mərkəzi Asiya və Qafqaz ölkələrinin incəsənəti sərginin proqramlarından birinin əsas mövzusu olacaqdır.
"Art Dubai" Yaxın Şərqdə və Cənubi Asiyada əsas beynəlxalq incəsənət sərgisidir. "Marker" proqramı çərçivəsində bir sıra ölkələrdən, o cümlədən Azərbaycan, Rusiya, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Gürcüstandan rəssamların əsərləri təqdim olunacaqdır. Bu proqram hər il diqqəti müəyyən mövzuya və coğrafiyaya yönəldir.
İyirmidən artıq rəssamın əsərlərinin təqdim olunacağı "Marker 2014" bölməsi, gözlənildiyi kimi, Mərkəzi Asiya və Qafqazın nə vaxtsa Yaxın Şərqdə nümayiş etdirilmiş incəsənət əsərləri ekspozisiyasından ən əhəmiyyətlisi olacaqdır
yap.org.az