"Əfqanıstandan silah və texnikanın çıxarılmasında Bakı-Tbilisi-Qars dəmiryolundan istifadə olunacaq"
"2014-cü ilin sonu 2015-ci ilin əvvəlində Bakı-Tbilisi-Qars dəmiryolunun açılışı planlaşdırılır". SİA-nın məlumatına görə, bu fikirləri xarici işlər naziri Elmar Məmmədyarov Gəncədə keçirilən Türkiyə-Azərbaycan-Gürcüstan XİN başçılarının üçtərəfli görüş zamanı səsləndirib.
Nazirin sözlərinə görə, həmçinin 2015-ci ildə Əfqanıstandan çıxarılan sülhməramlıların silah-sursatının bu yolla daşınması nəzərdə tutulub.
Nazir onu da qeyd edib ki, Cənubi Qafqaz dəhlizi bölgədə hasil olan karbohidrogen ehtiyatlarının Avropa bazarına çıxarılması üçün ən əlverişli marşrutdur.
sia.az