PDF Oxu

Siyasət

  • 10

“Xocalı soyqırımı – bəşəriyyətə qarşı cinayət”

“Xocalı soyqırımı – bəşəriyyətə qarşı cinayət”

"Səs" qəzetinin redaksiyasında keçirilən dəyirmi masada 1992-ci ildə ermənilərin törətdiyi soyqırımı barədə müzakirələr aparılıb

Bu gün "Səs" qəzetinin redaksiyasında Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar "Xocalı soyqırımı – bəşəriyyətə qarşı cinayət" mövzusunda "dəyirmi masa" keçirilib."Dəyirmi masa"da Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə, Xocalı Rayon İcra hakimiyyəti başçısının müavini Vahid Əliyev, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Xocalı Şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Xəlil Vəliyev, Xocalı Rayon Polis Şöbəsinin ilk polis rəisi Sabir Məmmədov, tanınmış telejurnalist Nadejda İsmayılova, Azərbaycan Dövət Pedaqoji Universitetinin dosenti, tarix elmləri üzrə fəlsəfə doktoru İbadulla Məmmədov, Əsgəran rayon polis şöbəsinin keçmiş polis əməkdaşı Teymur Manafov, Şamaxı rayon icra qrupunun icra məmuru, ədliyyə müşaviri Hafiz Ədilov və Xocalı şəhər sakini Arif Əzimov iştirak ediblər."Dəyirmi masa" iştirakçıları ilk öncə Xocalı soyqırımında həyatlarını itirmiş insanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.Daha sonra tədbir iştirakçıları məşum gecədə dişlərinə qədər silahlanmış erməni-rus hərbi birləşmələrinin azərbaycanlılara qarşı törətdiyi vəhşilik barədə söz açdılar. Qeyd olunub ki, Xocalı soyqırımı nəinki azərbaycanlılara, eləcə də bəşəriyyətə qarşı işlədilmiş ən qanlı cinayət hadisəsidir."Dəyirmi masa" iştirakçıları Xocalı soyqırımının dünyaya tanıdılması, təbliği istiqamətində hazırda dövlət rəhbərliyi tərəfindən aparılan məqsədyönlü işləri yüksək dəyərləndirdilər.

sia.az

Digər xəbərlər