PDF Oxu

Siyasət

  • 5

Eldar İbrahimov: "Xocalı soyqırımına beynəlxalq siyasi-hüquqi qiymət verilməlidir"

Eldar İbrahimov: "Xocalı soyqırımına beynəlxalq siyasi-hüquqi qiymət verilməlidir"

"Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub". Bunu SİA-ya açıqlamasında YAP İdarə Heyətinin üzvü, millət vəkili Eldar İbrahimov deyib.Onun sözlərinə görə, ilk dəfə Azərbaycanın Ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmına hüquqi-siyasi qiymət verib: "Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil olub. Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən qınanılmalıdır. Bu gün dünyanın bir sıra beynəlxalq təşkilatlarında Xocalı soyqırımı daim gündəmə gəlir, insanlığa qarşı edilən bu soyqırımı pislənir"."Xocalı soyqırımının dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun gördüyü işlər xüsusi əhəmiyyət kəsb edir. Fondun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı "Xocalıya ədalət" kampaniyası böyük əhəmiyyətə malikdir. Elə, məhz bu fəaliyyətlərin nəticəsidir ki, artıq bir çox ölkələr Xocalı soyqırımını tanıyıb. Hazırda İranda da bu soyqırımının tanıması üçün çalışırıq və bir sıra görüşlər həyata keçiririk. Bütün dövlətlər o cümlədən beynəlxalq təşkilatların hər biri, Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər" - deyə o, əlavə edib.

yap.org.az

Digər xəbərlər