PDF Oxu

Siyasət

  • 6

Gürcüstanın Gəncədə baş konsulluğu açılıb

Gürcüstanın Gəncədə baş konsulluğu açılıb

Xəbər verdiyimiz kimi, Gəncədə Gürcüstanın baş konsulluğu fəaliyyətə başlamışdır.

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun, Türkiyə Respublikasının xarici işlər naziri Əhməd Davudoğlunun və Gürcüstanın xarici işlər naziri Maya Pancikidzenin də iştirak etdikləri açılış mərasimində çıxış edən Gürcüstanın Gəncədəki baş konsulu Mamika Balavadze konsulluğun fəaliyyətə başlamasını iki ölkə arasındakı münasibətlərdə mühüm addım kimi dəyərləndirmişdir.

Gürcüstanın xarici işlər naziri Maya Pancikidze yeni konsulluğun açılışını Azərbaycan-Gürcüstan əlaqələrinin yüksək səviyyəsinin göstəricisi olduğunu qeyd etmişdir.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev isə öz növbəsində Gürcüstanın Gəncədə baş konsulluğunun açılışını şəhərin həyatında əlamətdar hadisə adlandırmışdır.

Sonra iştirakçılar konsulluqda diplomatik fəaliyyət göstərmək üçün yaradılan şəraitlə tanış olmuşlar.

AzərTAc

Digər xəbərlər