PDF Oxu

Siyasət

  • 12

Sərdar Cəlaloğlu: “Milli Şuranın işini əhəmiyyətsiz hesab edirəm”

Sərdar Cəlaloğlu: “Milli Şuranın işini əhəmiyyətsiz hesab edirəm”

"Milli Şurada nəyinsə adı dəyişibsə və ya nəsə baş veribsə bu məni heç maraqlandırmır". Bunu SİA-ya açıqlamasında Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu söyləyib.Sərdar Cəlaloğlu Milli Şuranın fəaliyyəti ilə bağlı danışmağa dəyməz deyərək, qeyd edib ki, onların fəaliyyəti ilə maraqlanmır: "Mən Milli Şuranın fəaliyyəti ilə qətiyyən maraqlanmıram. Hesab edirəm ki, Milli Şurada baş verən hadisələr Azərbaycan ictimaiyyətinə qəti şəkildə təsir etmir və vətəndaşlar da Milli Şura haqqında heç nə düşünmürlər".

sia.az

Digər xəbərlər