PDF Oxu

Siyasət

  • 8

Çingiz Qənizadə: "Azərbaycanın nefti digər ölkələr vasitəsilə ilə Ermənistana ixrac edilir"

Çingiz Qənizadə: "Azərbaycanın nefti digər ölkələr vasitəsilə ilə Ermənistana ixrac edilir"

"İki ölkə arasında alqı-satqı prosesi başa çatdıqdan sonra, məhsulu idxal edən dövlətin həmin məhsul üzərində sərəncam hüququ yaranır. Bu baxımdan ola bilər ki, Azərbaycanın nefti digər ölkələr vasitəsilə ilə Ermənistana ixrac edilir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Çingiz Qənizadə deyib.Onun sözlərinə görə, xüsusilə Gürcüstanda bu kimi hallar yaşanır: "Azərbaycandan Gürcüstana ixrac edilən neft bəzi "işbazlar" tərəfindən Ermənistana ötürülür. Lakin inanmıram ki, Azərbaycan dövləti və müvafiq qurumlar bu kimi əməliyyatları, Ermənistana edilən iqtisadi yardım faktlarını diqqətdən kənarda saxlasın. Bunu yalnız tək-tək biznesmenlər, iş adamları edə bilər və təbii ki, bu problemin qarşısı alınmalıdır. Ermənistan nə qədər çox iqtisadi blokadaya salınsa, onun olmayan ağlı bir o qədər tez geri qayıdar və Azərbaycanın 20% torpağı işğaldan azad olunar".Azərbaycan neftinin Ermənistana ixrac olunması halının qarşısının alınmasının vacibliyini vurğulayan millət vəkili deyib ki, Azərbaycanın neft və qeyri-neft məhsulları xarici ölkələrə, beynəlxalq firmalara ixrac olunarkən müəyyən şərtlər nəzərə alınmalıdır: "Layihələrin reallaşdırılması zamanı müqavilədəki şərtlərdən biri də bu olmalıdır ki, idxalçı ölkə Azərbaycanın ixrac etdiyi məhsul vasitəsilə gələcəkdə Ermənistanın iqtisadi problemlərinin həllinə dəstək verməməlidir. Ola bilər ki, Gürcüstanda, Rusiyada və digər ölkələrdə kiçik biznesmenlər, ayrı-ayrı şəxslər Azərbaycan neftini Ermənistana ixrac etsinlər. Bu kimi kiçik detalların qarşısını almaq çətindir. Lakin hesab edirəm ki, böyük layihələrdə belə mənfi hallar ola bilməz. Yəqin ki, irimiqyaslı layihələrdə iştirak edən dövlətlər də Azərbaycanın maraqlarını diqqətdə saxlayırlar və Ermənistana iqtisadi cəhətdən dəstək göstərilməməsi ilə bağlı şərtlərimizi qəbul edirlər".

sia.az

Digər xəbərlər