PDF Oxu

Siyasət

  • 9

“Azərbaycan iqtidarı Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində yetərincə fəaliyyət göstərir”

“Azərbaycan iqtidarı Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində yetərincə fəaliyyət göstərir”

"Azərbaycan iqtidarı Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində yetərincə fəaliyyət göstərir". Bu sözləri SİA-ya Xocalı rayon icra hakimiyyəti başçısının müavini Vahid Əliyev deyib.Onun sözlərinə görə, bir zaman hadisə ilə bağlı heç Azərbaycan ictimaiyyəti o qədər məlumatlı deyildisə, bu gün faciə bir çox ölkələr tərəfindən tanınır: "Xocalı soyqırımına ilk siyasi qiyməti Ümummilli Lider Heydər Əliyev parlament səviyyəsində verdi. Bu addım Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında ilk addım idi. Bu gün Xocalı faciəsi beynəlxalq səviyyəli ikitərəfli və çoxtərəfli danışıqlarda ölkə rəhbəri tərəfindən xüsusilə qeyd olunur. Bundan əlavə xaricilərin ölkəmizə səfəri zamanı faciə ilə bağlı məlumatlar qonaqlara çatdırılır. Bütün bunlar Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlardır".V. Əliyev həmçinin vurğulayıb ki, faciə ilə bağlı ölkəmizin diplomatik korpusları, xaricdə olan diaspora təşkilatları, Heydər Əliyev Fondu, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya Ədalət" kampaniyası tərəfindən həyata keçirilən işlər məhz Xocalı həqiqətlərinin, ermənilərin Azərbaycan xalqının başına gətirdiyi soyqırımı hadisələrinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində aparılan işlərdir. Məhz bunun nəticəsidir ki, artıq bir neçə ölkələrin parlamenti faciəni tanıyır. ABŞ-ın bəzi ştatlarında faciə soyqırımı kimi qəbul olunub. Faciə ilə bağlı qətnamələr qəbul olunub. Ermənilərin faciənin təbliğatının qarşının alınması məqsədilə əks tədbirlər aparmaq cəhdlərinə baxmayaraq, bu həqiqətlər dünya ictimaiyyətinə, dövlətlərə çatdırılır və mənə elə gəlir ki, vaxt gələcək dünyanın hər bir yerində Xocalı soyqırımı bəşəriyyətdə ermənilər tərəfindən Azərbaycanlılara qarşı törədilən dəhşətli hadisə kimi qəbul olunacaq. Ölkəmizin bu istiqamətdə yürütdüyü siyasət göz qabağındadır və nəticələri də görünür".

sia.az

Digər xəbərlər