PDF Oxu

Siyasət

  • 12

XOCALI SOYQIRIMI - 22 İL

XOCALI SOYQIRIMI - 22 İL

YAP Ağdam rayon təşkilatı və rayon gənclər və idman idarəsinin təşəbbüsü ilə Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

YAP Ağdam rayon təşkilatı və rayon gənclər və idman idarəsinin təşəbbüsü ilə Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş "Xocalı soyqırımı- 22" mövzusunda tədbir keçirilib. Tədbirdə rayon ziyalıları, gənclər, Qarabağ müharibəsi veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbir iştirakçıları ilk öncə Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə YAP Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyev açaraq bildirib ki, 22 il əvvəl 1992-ci il fevralın 25-dən 26-na keçən gecə qədim Azərbaycan şəhəri Xocalı erməni hərbi birləşmələri tərəfindən vəhşicəsinə dağıdıldı, onun müdafiəçilərinə və sakinlərinə amansız divan tutuldu. 613 nəfər soydaşımız, o cümlədən, 106 qadın , 63 uşaq, 70 qoca, xüsusi qəddarlıqla qətlə yetirildi. Onların meyidləri üzərində təhqiredici hərəkətlərə yol verildi, 8 ailənin həyatına son qoyuldu, 25 uşaq hər iki valideyinindən, 130 uşaq iki valideyinindən birindən məhrum oldu, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər girov düşdü. XX əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş belə kütləvi qırğın hadisəsi öz amansızlığına və qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayət idi. Bəşəri cinayətləri törədənlər isə gec-tez həm ədalət, həm də elə bəşəriyyət, insanlıq qarşısında cavab verməlidirlər.

Tədbirdə Xocalı həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasında Heydər Əliyev fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın fəaliyyəti yüksək qiymətləndirilmiş, bu hadisələrə soyqırımı faktı kimi dünya parlamentlərində qiymət verilməsinə nail olmaq üçün böyük təbliğat işlərinin aparıldığı vurğulanıb.

Tədbirdə rayon gənclər və idman idarəsinin rəisi Elnur Əhmədov, keçmiş döyüşçülər Oruc Cabbarov və Şamil Əbilov çıxış edərək Xocalı soyqırımı haqqında tədbir iştirakçılarına geniş məlumat veriblər. Çıxış edənlər XX əsrin genosid və etnik təmizləmələr tarixində qanlı səhifələrdən birinin də, məhz Xocalı soyqırımı olduğunu bildirərək vurğulayıblar ki, həmin soyqırımla bağlı əlaqəsi olan adamlar hələ də, öz vicdanları və qanun qarşısında cavab verməyiblər.

R.HÜSEYNOVA

Digər xəbərlər