"Rəsmi Bakı Avronestdəki aktiv işi ilə qurumun əsas tərəfdaşına çevrilə bilib"
"Avropa təsisatları ilə əməkdaşlıq bizim üçün mühüm əhəmiyyət kəsb edir. Avrointeqrasiya Azərbaycanın öz seçimidir və Azərbaycan Avropa İttifaqı ölkələrinin inkişaf modelinə üstünlük verir". SİA-nın xəbərinə görə, bunu millət vəkili, Avronest Parlament Assambleyasının Enerji təhlukəsizliyi komitəsinin həmsədri Fuad Muradov deyib.Onun sözlərinə görə, son 20 ildə dövlətçiliyin əsaslarının qurulması üçün Avropa təcrübəsi xeyli kömək edib: "Bu baxımdan Avropa təsisatları ilə əməkdaşlıq qarşılıqlı hörmət və etimad əsasında qurulur. Prezident İlham Əliyevin apardığı bu siyasi kürs beynəlxalq təşkilatlarda ölkəmizin nufuzunu artması ilə yanaşı dövlətimizi ciddi tərəfdaş ölkə kimi tanıdır. Bu təsistalardan biri də Avronest PA-dır. Avronest çərçivəsində fəaliyyət Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığı daha da gücləndirib. Rəsmi Bakı Avronestdəki aktiv işi ilə bu qurumun əsas tərəfdaşına çevrilə bilib. Avronestin kürsüsündən biz ölkəmizin üzləşdiyi işğal faktı ilə bağlı həqiqətləri dünyaya çatdırmaq imkanı qazanırıq. Azərbaycan həmişə bütün beynəlxalq təsisatlardakı toplantılarda Dağlıq Qarabağın Ermənistan silahlı qüvvələri tərərfindən işğalı məsələsini qaldırır. Avronest PA-da bizim üçün bu baxımdan həqiqətləri paylaşmaq üçün yaxşı tribunadır".
sia.az