"Dünya İqtisadi Forumunun Rəqabətlilik Hesabatında Azərbaycan rəqabətlilik indeksinə görə 39-cu yerdə qərarlaşıb". Bunu Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib.
K.İmanov bildirib ki, ölkə "insan kapitalı" indeksinə görə 64-cü, innovasiya göstəricisinə görə 51-ci, "texnoloji səviyyəsinə" görə 50-ci, "innovasiya potensialı" komponentinə görə 35-ci, "qabaqcıl texnologiyaların dövlət satınalmasına" görə 14-cü yerləri tutub. Onun sözlərinə görə, bu göstəricilər MDB məkanında lider mövqelərdir. K.İmanov həmçinin qeyd edib ki, Azərbaycan piratçılığa qarşı beynəlxalq səviyyədə mübarizənin fəal iştirakçılarından biridir.
yap.org.az