PDF Oxu

Siyasət

  • 12

Elman Nəsirov: Nazirlərin görüşünün böyük siyasi əhəmiyyəti var

Elman Nəsirov: Nazirlərin görüşünün böyük siyasi əhəmiyyəti var

"Gəncə şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin görüşünün keçirilməsi çox mühüm hadisədir. Çünki hər üç dövlət bir-birinin strateji tərəfdaşıdır". Bu fikirləri politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, bu görüşün böyük siyasi əhəmiyyəti var. Onun sözlərinə görə, görüşün paytaxt Bakıda deyil, Gəncə şəhərində keçirilməsi Azərbaycanın regionlarının inkişafının göstəricisidir.

"Təbii ki, bizim üçün ən vacib məqamlardan biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərin burada müzakirəsi ilə bağlıdır. Bu formatda danışıqlarda həmin məsələ ətrafında da müzakirələr olub və bu müzakirələrin nəticəsində isə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı fikirlərin səsləndiyi bəyannamə qəbul olunub. Çünki bu məsələdə Gürcüstanın və Türkiyənin mövqeyi hər zaman Azərbaycanın mövqeyi ilə üst-üstə düşüb. Strateji tərəfdaşlar olaraq biz bu məsələdə ortaq məxrəcdən çıxış edirik. Gürcüstan prezidentinin Azərbaycana ilk rəsmi səfəri zamanı da bir daha tərəflər belə fikir vurğuladılar ki, Cənubi Osetiya və Abxaziya Azərbaycanı Gürcüstanın toprağı kimi, eyni zamanda da qarşılıqlı olaraq Gürcüstan dövləti Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Hesab edirəm ki, üç qonşu dövlətin xarici işlər nazirlərinin görüşü həm regional, həm də beynəlxalq məsələlərin müzakirəsi baxımından yaddaqalan olacaq"- deyə, politoloq qeyd edib.

yap.org.az

Digər xəbərlər