PDF Oxu

Siyasət

  • 10

Finlandiyada yaşayan azərbaycanlılar Xocalı soyqırımının tanınması ilə bağlı müraciət qəbul edəcəklər

Finlandiyada yaşayan azərbaycanlılar Xocalı soyqırımının tanınması ilə bağlı müraciət qəbul edəcəklər

Fevralın 25-də Finlandiya Azərbaycanlıları Assosiasiyası (FAA) Helsinki şəhərinin "Caisa" Mədəniyyət Mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş "XX əsrin ən böyük faciəsi - Xocalı soyqrımı" mövzusunda sərgi keçirəcəkdir.

Assosiasiyanın sədri Vasif Muradlı bildirmişdir ki, sərgidə Azərbaycan Dövlət Teleqraf Agentliyinin FAA-ya təqdim etdiyi Heydər Əliyev Fondu tərəfindən çap olunmuş Xocalı faciəsi haqqında kitablar, broşürlər, fotoşəkillər və sənədli film nümayiş etdiriləcəkdir.

Bundan əlavə, Assosiasiyanın təşəbbüsü ilə Avropa və Helsinki parlamentlərinə Xocalı soyqırımının tanınması ilə bağlı müraciət ünvanlanacaqdır.

Vasif Muradlı bildirmişdir ki, Xocalı soyqırımı Azərbaycan xalqının XX əsrdə üzləşdiyi ən dəhşətli faciələrdən biridir. Bu faciə Xatın, Liditsa, Oradur soyqırımları kimi bəşəriyyət tarixinə düşmüş qanlı olaydır.

Assosiasiya sədri Xocalı soyqırımının tanınması ilə bağlı müraciətin Finlandiyada yaşayan azərbaycanlılar və türklər tərəfindən qəbul olunacağını demişdir. "Bəşəriyyət XX əsrin ən böyük faciəsi olan Xocalı soyqırımını artıq tanımalı və buna siyasi qiymət verməlidir", - deyə o vurğulamışdır.

yap.org.az

Digər xəbərlər