PDF Oxu

Siyasət

  • 8

Xocalı İstanbulda da anılır

Xocalı İstanbulda da anılır

Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində "Qara Dəniz bölgəsində etimad mühitinin və mədəniyyətlər-arası dialoqun gücləndirilməsi" adlı beynəlxalq Gənclər Forumu öz işinə başlayıb. SİA-nın məlumatına görə, ilk olaraq Xocalıda qətlə yetirilənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Forumu giriş sözü ilə açan AAGİB-in sədri və Qara Dəniz ölkələri Gənc Liderlər Forumun koordinatoru Vüqar Əhmədov görüşün əhəmiyyətindən və əməkdaşlığın möhkəmləndirilməsindən danışıb. Daha sonra Forum çərçivəsində "Qara dəniz bölgəsində münaqişələrin həlli və etimad mühitinin gücləndirilməsində vətəndaş cəmiyyətinin rolu" adlı plenar sessiya başladı. Sessiyanın məruzəçisi millət vəkili Asim Mollazadə "Qara dəniz bölgəsində mövcud olan münaqişələr və onların həllində regional tərəfdaşlığın yolu" adlı məruzə ilə çıxış edib.Sessiya çərçivəsində keçirilən müzakirələrdə "Xocalıya Ədalət" beynəlxalq kampaniyanın təqdimatı keçirilib. Kampaniyanın təmsilçisi Sevinc İskəndərova tərəfindən Forum iştirakçıları Xocalı soyqırımı haqqında və Xocalıya Ədalət Kampaniyası çərçivəsində keçirilən tədbirlər haqqında məlumatlandırılıb.Daha sonra beynəlxalq görüşün iştirakçıları Forum çərçivəsində gənclər təşkilatlarının əməkdaşlıq perspektivlərinə dair işçi qruplarında müzakirələri davam etdiriliblər. Müzakirə olunan əsas məsələlər arasında Qara dəniz hövzəsi ölkələrində mövcud münaqişələr, sülhün möhkəmləndirilməsi, Azərbaycan və Türkiyədə mövcud olan tolerantlığın səviyyəsi mövzuları üstünlük təşkil edib.Forum öz işini 22 Fevral tarixinə kimi davam etdirəcək və toplantıya qatılan gənc liderlər bölgədə sabitliyin, sülhün və iqtisadi əməkdaşlığın bərqərar olmasında vətəndaş cəmiyyətlərinin əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparacaqlar. Foruma qatılan iştirakçılar arasında Qara Dəniz ölkələrini təmsil edən aparıcı gənclər təşkilatlarının sədrləri, Gürcüstanin Gənclər parlamenti, Türkiyənin Gənclər və İdman Nazirliyinin nümayəndələri və media nümayəndələri də var.

yap.org.az

Digər xəbərlər