PDF Oxu

Siyasət

  • 8

Siyavuş Novruzov: “Milli Şurada AXCP-nin təmsilçiləri Əli Kərimlinin özü, sürücüsü, cangüdəni, yanındakı 2-3 nəfərdir”

Siyavuş Novruzov: “Milli Şurada AXCP-nin təmsilçiləri Əli Kərimlinin özü, sürücüsü, cangüdəni, yanındakı 2-3 nəfərdir”

Milli Şuranın sonuncu sessiyasının sönük keçməsi siyasi ictimaiyyətin diqqətindən yayınmayıb. SİA-nın məlumatına görə, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov "apa.az"a açıqlamasında qeyd edib ki, Milli Şuranın üzvləri dənlənə-dənlənə gedir, qalanlar da digər yerlərdə özlərinə hələ yer tapmayıblar, ona görə oradadırlar: "Qalanlar da dağılışıb gedəcək. Çünki Milli Şura ölü bir təşkilatdır. Milli Şura ölülüyünü həm seçkilərdə, həm də seçkilərdən sonra üzvlərinin bir-birlərinə qarşı ittihamlarında göstərdilər. Azərbaycan xalqı da gördü ki, onlar şəxsi maraqları naminə toplaşmışdılar ki, hardansa qazanc əldə etsinlər. Onlara vəd verən insanlar vəsaitin bir hissəsini verdilər, qalan pulları götürüb oradan uzaqlaşdılar. Yəni öz işlərini qurtarıb getdilər".

"Bu baxımdan Milli Şurada qalmağın heç bir perspektivi, məntiqi yoxdur"-deyə qeyd edən YAP rəsmisi vurğulayıb ki, hər partiya artıq öz fəaliyyəti ilə məşğul olur, çıxıb gedir: "Milli Şurada qalan AXCP-yə gəlincə, AXCP də dağılmış təşkilatdır. Milli Şurada AXCP-nin təmsilçiləri Əli Kərimlinin özü, sürücüsü, cangüdəni, yanındakı 2-3 nəfərdir. Qalanların içərisində nümunə göstəriləcək insanlar yoxdur. Vaxtilə 15 komissiya sədri vardı, indi heç biri yoxdur. Ölmüş təşkilatdır, nə sessiyası, nə hər hansı işi cəmiyyəti maraqlandırır".

Qeyd edək ki, Milli Şuranın sonuncu sessiyası daha çox qurum üzvlərinin əksəriyyətinin tədbirə qatılmaması ilə yadda qalıb. Belə ki, Şuranın 88 üzvündən 42-si sessiyada iştirak etməyib və qurum rəhbərliyi sessiyanın keçirilməsini "yetərsay" hesab edib.

yap.org.az

Digər xəbərlər