PDF Oxu

Siyasət

  • 12

Almurad Əliyev: “Qardaşımın adını çəksələr özlərindən incisinlər”

Almurad Əliyev: “Qardaşımın adını çəksələr özlərindən incisinlər”

"Əbülfəz Elçibəyin heç bir halda adının hallandırılmaması üçün mətbuat vasitəsilə onlara sözümü demişəm". Bu fikirləri SİA-ya açıqlamasında eks-prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev bir sıra müxalifət liderlərinin Əbülfəz Elçibəyin adından sui-istifadə edərək siyasi divident qazanmağa cəhd etmələrinə münasibətini bildirərkən deyib."Qardaşımın adını çəksələr özlərindən incisinlər" - deyə müxalifət rəsmilərinə xəbərdarlıq edən Almurad Əliyev onu da qeyd edib ki, əgər bu yenidən baş verərsə, daha qəti addımlar atacaq.Xədicə İsmayılovanın ABŞ Senatına və kəşfiyyat dairələrinə göndərdiyi "casus siyahısı"siyahısında adının halllanmasına da münasibət bildirən Almurad Əliyev qeyd edib ki, artıq bu, ona qarşı qərəzli yanaşmanın nəticəsidir: "Mənim adımın o siyahıya salınmasını qərəz hesab edirəm. Çünki mənim demək olar ki, hökümətin bütün strukturlarında dostlarımın olmasına baxmayaraq, onlarla heç bir halda iş birliyində deyiləm. Bu fikirlər tamamilə yalandır. Mən hökümətdən göstəriş yox, ancaq pensiya alıram".

sia.az

Digər xəbərlər