Fevralın 21-də Azərbaycan Respublikası Milli Məclisində Mərakeş Krallığı parlamentinin Nümayəndələr Palatasının xarici əlaqələr, milli müdafiə, islam məsələləri və xaricdə yaşayan mərakeşlilər ilə iş üzrə komitəsinin sədri Ali Kəbirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.
Görüşdə Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova ölkələrimiz arasında əlaqələrin inkişafının məmnunluq doğurduğunu bildirmişdir. Mərakeşin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu vurğulayan Rəbiyyət Aslanova qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd etmişdir.
Mərakeş parlamentinin komitə sədri Ali Kəbiri ölkələrimiz arasında gündən-günə inkişaf edən əlaqələrə parlament nümayəndələrinin qarşılıqlı səfərlərinin mühüm töhfə verdiyini söyləmişdir.
Görüşdə parlamentlərarası əlaqələr, bir çox sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.
yap.org.az