PDF Oxu

Siyasət

  • 7

Milli Məclisdə Mərakeş parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib

Milli Məclisdə Mərakeş parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib

Fevralın 21-də Azərbaycan Respublikası Milli Məclisində Mərakeş Krallığı parlamentinin Nümayəndələr Palatasının xarici əlaqələr, milli müdafiə, İslam məsələləri və xaricdə yaşayan mərakeşlilər ilə iş üzrə komitəsinin sədri Ali Kəbirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.

AzərTAc xəbər verir ki, görüşdə Milli Məclisin insan hüquqları komitəsinin sədri, Azərbaycan-Mərakeş parlamentlərarası dostluq qrupunun üzvü Rəbiyyət Aslanova ölkələrimiz arasında əlaqələrin inkişafının məmnunluq doğurduğunu bildirmişdir. Mərakeşin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu vurğulayan Rəbiyyət Aslanova qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd etmişdir.

Rəbiyyət Aslanova vurğulamışdır ki, Azərbaycan və Mərakeş hər zaman beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir. Bu da ölkələrimiz arasında dostluğun, qarşılıqlı etimadın göstəricisidir.

Komitə sədri son illər Azərbaycanda əldə edilmiş uğurlardan, insan hüquqlarının qorunması sahəsində görülən işlərdən danışmışdır.

Mərakeş parlamentinin komitə sədri Ali Kəbiri ölkələrimiz arasında gündən-günə inkişaf edən əlaqələrə parlament nümayəndələrinin qarşılıqlı səfərlərinin mühüm töhfə verdiyini söyləmişdir.

Qonaq Azərbaycanın sürətli inkişafının Mərakeş xalqını da sevindirdiyini demişdir. Mərakeşlilərin Azərbaycan haqqında məlumatlı olduqlarını söyləyən Ali Kəbiri bildirmişdir ki, 70 ildən artıq kommunist rejimi şəraitində yaşamasına baxmayaraq, Azərbaycan xalqının öz dəyərlərini qoruyub saxlaya bilməsi çox təqdirəlayiqdir. Ali Kəbiri ölkələrimiz arasında əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə əminliyini bildirmişdir.

Görüşdə parlamentlərarası əlaqələr, bir çox sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.

AzərTAc

Digər xəbərlər