Azərbaycan-Yaponiya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının növbəti iclası fevralın 26-da Tokioda keçiriləcək. Azərbaycan tərəfindən hökumətlərarası komissiyanın sədri Baş nazirin müavini Abid Şərifovdur.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildiriblər, nazirliyi iclasda rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov təmsil edəcək.
Azərbaycan hökumətinin nümayəndə heyəti iqtisadiyyatın müxtəlif sahələri üzrə Yaponiya ilə əməkdaşlığın perspektivlərini, o cümlədən İKT sahəsində əməkdaşlıq məsələlərini müzakirə etməyi planlaşdırır.
yap.org.az