Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 25-dən 28-dək Odessa şəhərində (Ukrayna) "Sea Breeze-2014" təliminin yekun planlaşdırma konfransı və Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq proqramına əsasən, fevralın 26-dən 28-dək Ankara şəhərində (Türkiyə) Azərbaycan-Türkiyə Hərbi Dəniz qüvvələri arasında əməkdaşlıq iclası keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.
yap.org.az
Əksər amerikalılar buna inanır. Amerika Birləşmiş Ştatları Prezidentindən narazılıq Respublikaçılara zərbə vura bilər...