Fevralın 25-dən 28-dək Odessa şəhərində (Ukrayna) "Sea Breeze-2014" təliminin yekun planlaşdırma konfransı və Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq proqramına əsasən fevralın 26-dən 28-dək Ankara şəhərində (Türkiyə) Azərbaycan-Türkiyə Hərbi Dəniz Qüvvələri arasında əməkdaşlıq iclası keçiriləcək.Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.
sia.az