"Müxalifət partiyalarının rəhbərləri və bəzi üzvləri bir-birilərini gözdən salmaq üçün hər oyundan çıxırlar". Bunu SİA-ya açıqlamasında Azadlıq Partiyasının sədri Əhməd Oruc Xədicə İsmayılın "casus siyahısı"na münasibət bildirərkən söyləyib.Partiya sədri qeyd edib ki, Xədicə İsmayılın "casus siyahısı" da elə müxalifətdaxili qarşıdurmaların davamıdır: "Belə düşünürəm ki, Xədicə müxalifət daxilində düşmənçilik etdiyi adamların adlarını o siyahıya daxil edib. Əli Kərimlinin və bəzilərinin orada adının olmaması da özlüyündə nəyisə aşılayır".Qeyd edək ki, Xədicə İsmayıl "casus siyahısı" məsələsinə görə, artıq Baş Prokurorluq tərəfindən dindirilir və siyahı ilə bağlı cinayət işi açılıb.
yap.org.az