PDF Oxu

Siyasət

  • 12

YAP-ın Beynəlxalq Əlaqələr Komissiyasının ilk toplantısı keçirilir

YAP-ın Beynəlxalq Əlaqələr Komissiyasının ilk toplantısı keçirilir

Bu gün Yeni Azərbaycan Partiyasının Beynəlxalq Əlaqələr Komissiyasının ilk toplantısı keçirilir. SİA-nın məlumatına görə, tədbirdə YAP-ın Beynəlxalq Əlaqələr Komitəsinin üzvləri, Milli Məclisin sədr müavinləri Ziyafət Əsgərov, Bahar Muradova, millət vəkilləri Səməd Seyidov, Eldar İbrahimov və digərləri iştirak edirlər.Tədbirdə çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova bildirib ki, komissiyanının ilk toplantısı Xocalı Soyqırımının 22-ci il dönümünə təsadüf edir: "Bu tədbirin Xocalı Soyqırımının ildönümü ərəfəsində keçirilməsinin əsas məqsədi soyqırımına növbəti dəfə münasibət bildirməkdir".Vitse-spiker deyib ki, Ermənistan bu günə kimi Azərbaycanın işğal olunmuş torpaqlarını nəzarətdə saxlayır: "Çox təəssüf ki, dünya birliyi bu ədalətsizliyə hələ də göz yumur. Ancaq Azərbaycan Xocalıya Ədalət kampaniyası çərçivəsində faciə ilə bağlı həqiqətləri dünyaya çatdırır".Millət vəkili Səməd Seyidov deyib ki, Azərbaycanın daxildə apardığı siyasət xarici siyasətinə böyük təsir edir: "Azərbaycan prezident İlham Əliyevin rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsi həll ediləcək. Azərbaycanın mövqeyi, gücü, beynəlxalq səviyyədə olan rolu və gördüyü işlər sayəsində vətəndaşlarımıza qarşı törədilən soyqırımı bütün dünyaya çatdırmaq istiqamətində böyük işlər görülüb. Artıq bu gün Xocalı ilə bağlı dünya ölkələrində kifayət qədər məlumatlar var. Ancaq bizim məqsədimiz yalnız məlumatları çatdırmaq deyil. Bizim əsas məqsədimiz Azərbaycan torpaqlarını işğaldan azad etmək, qaçqın və məcburi köçkünləri öz yurdlarına qaytarmaq, cinayətkarları ədalət məhkəməsinə çağıraraq onları bütün dünya qarşısında cəzalandırmaqdır. Ona görə də bu gün həm Azərbaycanda, həm də bütün dünyada Xocalı ilə bağlı tədbirlər keçirilir. Bu, bizim üçün çox vacib və əhəmiyyətli məsələdir. Çünki Xocalı Dağlıq Qarabağ müharibəsinin faciəvi səhifələrindən biridir".İclas tədbir iştirakçılarının çıxışları ilə davam edir.

sia.az

Digər xəbərlər