"Azərbaycanın iqtisadi, siyasi və hərbi gücü artdıqca, Dağlıq Qarabağ münaqişəsinin həlli yaxınlaşır". SİA-nın məlumatına görə, bunu Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov deyib.Z.Əsgərov bildirib ki, Minsk qrupu ölü təşkilatdır və heç bir əhəmiyyəti yoxdur: "Bu problemin həlli Azərbaycanın güclənməsindən keçir. Ona görə də, Azərbaycan iqtisadi və hərbi gücünü artırır".I Vitse-spiker deyib ki, SSRİ-nin varisi kimi Rusiya Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında birbaşa məsuliyyət daşıyır.Z.Əsgərov vurğulayıb ki, beynəlxalq hüquq ancaq böyük dövlətlərə lazım gəldikdə istifadə olunur: "Əgər belə olmasaydı, Dağlıq Qarabağ münaqişəsi çoxdan həll olunardı. Bu münaqişənin həll olunması üçün Azərbaycan daha da güclənməlidir".
sia.az