PDF Oxu

Siyasət

  • 9

Zahid Oruc: ATƏT-in Minsk qrupu formatının bu münaqişənin həllinə yaramadığını hər kəs bilməkdədir

Zahid Oruc: ATƏT-in Minsk qrupu formatının bu münaqişənin həllinə yaramadığını hər kəs bilməkdədir

"Artıq ATƏT-in Minsk qrupu formatının bu münaqişənin həllinə yaramadığını hər kəs bilməkdədir. Azərbaycan cəmiyyətində illüziyalar yoxdur və hamı bu reallığı qəbul edir". Bu fikirləri yap.org.az saytına Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc deyib.

Z.Oruc bildirib ki, regionda "Dağlıq Qarabağ" amili iqtisadi-siyasi imkanlara sahiblənmək vasitəsinə, təzyiq alətinə çevrilib. Onun sözlərinə görə, Dağlıq Qarabağ problemi üç geoplitik güc mərkəzinin arasındakı savaşdır.

"Minsk qrupunun hazırkı formatı atəşkəsin pozulması fonunda dərk etdi ki, atılan bu güllələr həm də onların əleyhinədir. Bu, onların mandatının iflasa uğramasının, bu formata etimadın olmamasının göstəricisidir. Əgər tərəflər özləri münaqişənin gələcəyini silahlı vasitələrlə görürlərsə, bu o deməkdir ki, beynəlxalq orbitrlər hər hansı bir rol oynamır. Həmsədrlər zamanı xeyli dərəcədə əldən buraxdılar. Hazırki dövrdə ən optimal model dövlətimizin başçısının gerçəkləşdirdiyi siyasətdir. Bu da ölkəmizi iqtisadi və siyasi cəhətdən səfərbər etmək, onun imkanlarını gücləndirmək, iqtisadi inkişafı sürətləndirmək, Dağlıq Qarabağ münaqişəsinin vurduğu ziyanları minimuma endirmək və s. işlərdir"-deyə, komitə üzvü qeyd edib.

yap.org.az

Digər xəbərlər