PDF Oxu

Siyasət

  • 15

Əli Abbasov: Regional və daxili bazarda informasiya texnologiyaları xidmətlərinin genişləndirilməsi nəzərdə tutulur

Əli Abbasov: Regional və daxili bazarda informasiya texnologiyaları xidmətlərinin genişləndirilməsi nəzərdə tutulur

"Nazirlik gələcək inkişafı üç əsas istiqamətdə görür. Birinci istiqamət infrastruktur layihələri, o cümlədən daxildə Azərbaycan üçün informasiya şəbəkə infrastrukturunun inkişaf etdirilməsidir. İkinci istiqamət elektron, innovativ yönümlü xidmət və məhsulların istehsalı, eyni zamanda daxili tələbatı ödəməklə yanaşı, onların xarici, regional bazarlara çıxarılmasıdır". Bu fikirləri Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.

Ə.Abbasov bildirib ki, digər istiqamət isə regional və daxili bazarda informasiya texnologiyaları xidmətlərinin genişləndirilməsi, bu xidmətlərin xarici bazarlara çıxışının təmin edilməsidir. Onun sözlərinə görə, burada əsasən daxili kontentin genişləndirilməsi,regional ölkələr üçün xidmətlərin istehsalı nəzərdə tutulur. Bunun üçün bir neçə layihənin icrası, o cümlədən yeni Data mərkəzlərinin qurulması və yeni kontentlərin yaradılması, Azərbaycanda internet şlüzlərinin genişləndirilməsi planlaşdırılır.

Nazir, həmçinin tranzit ölkə olaraq, rəqəm trafikinin Azərbaycandan keçirilməsini və idarə edilməsini nəzərdə tutan layihələrin icrasının planlaşdırıldığını qeyd edib. Onun sözlərinə görə, Azərbaycan bazarında yeni tipli, rəqabətqabiliyyətli müxtəlif kompüter hissələri, kompüter növləri, planşetlər, digər texnikaların yığılmasına böyük ehtiyac var ki, bu məhsulların regional bazara çıxışının təmin edilməsi də nəzərdə tutulur.

Ə.Abbasov, artıq Azərbaycana məxsus yer səthinin müşahidəsi üçün peykin aşağı yer orbitinə çıxarılması, həmçinin yüksək ayırtetməli optik peykin orbitə çıxarılması istiqamətində işlər aparıldığını da vurğulayıb.

yap.orgaz

Digər xəbərlər