PDF Oxu

Siyasət

  • 13

Araz Əzimov: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində dinamika yoxdur

Araz Əzimov: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində dinamika yoxdur

"Hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət və ya mənfi olmaqla hər hansı dinamika yoxdur". Bu barədə jurnalistlərə açıqlamasında xarici işlər nairinin müavini Araz Əzimov deyib.

A.Əzimov bildirib ki, burada ilk öncə söhbət qarşı tərəfin həqiqətən məsələləri həll etməyə hazır olduğundan getməlidir. Onun sözlərinə görə, Azərbaycan öz mövqeyini süni şəkildə dəyişdirmir: "Azərbaycan öz prinsipial mövqeyində qalmaqdadır. İstər Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşündən əvvəlki, istərsə də sonrakı mərhələdə olsun, Azərbaycan dövlət başçısı prinsipial olaraq öz mövqeyini bəyan edib".

Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünə gəlincə, A.Əzimov bildirib ki, bununla bağlı hər hansı yenilik yoxdur.

Onun sözlərinə görə, hələlik müzakirə prosesi adlandırılan və prinsipcə ayrı-ayrı görüşlərdən ibarət olan bir proses nəticə vermir: "Lakin Azərbaycan öz mövqeyini bildirərək dəfələrlə bəyan edib ki, beynəlxalq hüquq normalarının prinsipləri əsasında dayanaraq BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq öz haqqını tələb edir". A.Əzimovun sözlərinə görə, konkret münaqişənin həllinə dair şərait formalaşır, yəqin ki, Ermənistan bu şəraitdə çıxılmaz vəziyyətdə qalaraq öz mövqeyini dəyişdirməyə məcbur olacaq.

yap.org.az

Digər xəbərlər