PDF Oxu

Siyasət

  • 11

Zifayət Əsgərov: Azərbaycanın iqtisadi, siyasi və hərbi gücü artdıqca, Dağlıq Qarabağ münaqişəsinin həlli yaxınlaşır

Zifayət Əsgərov: Azərbaycanın iqtisadi, siyasi və hərbi gücü artdıqca, Dağlıq Qarabağ münaqişəsinin həlli yaxınlaşır

"Azərbaycanın iqtisadi, siyasi və hərbi gücü artdıqca, Dağlıq Qarabağ münaqişəsinin həlli yaxınlaşır". Bu fikri Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Z.Əsgərov bildirib ki, ATƏT-in Minsk qrupu ölü təşkilatdır və heç bir əhəmiyyəti yoxdur. Onun sözlərinə görə, bu münaqişənin həlli Azərbaycanın güclənməsindən keçir. Ona görə də, Azərbaycan iqtisadi və hərbi gücünü artırır.

"Bu məsələ ilə ATƏT-in Minsk qrupu məşğuldur. İndi biz 20 il də gözləməliyik ki, problem nə zaman həll olunacaq? Bu qrupun işi səmərə vermir. Bu qrup ölü qrupdur. Beynəlxalq hüquq ancaq böyük dövlətlərə lazım gəldikdə istifadə olunur. Əgər belə olmasaydı, Dağlıq Qarabağ münaqişəsi çoxdan həll olunardı"- deyə, Z.Əsgərov vurğulayıb.

yap.org.az

Digər xəbərlər