PDF Oxu

Siyasət

  • 11

"Xocalı faciəsi insanlığın tarixində qara ləkə kimi qalacaq"

"Xocalı faciəsi insanlığın tarixində qara ləkə kimi qalacaq"

"Tarixin elə səhifəsi yoxdur ki, azərbaycanlıların başına bəlalar açılmasın. Lakin fevral ayındakı faciəmiz heç vaxt yaddan çıxmayacaq. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı sakinlərinin misli görünməmiş qəddarlıqla məhv edilməsi bu faciələrin ən dəhşətlisi oldu. SİA-nın xəbərinə görə, bunu 122 saylı Xankəndi seçki dairəsindən millət vəkili seçilən Flora Qasımova Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı danışarkən deyib.F. Qasımova bildirib ki, erməni hərbi birləşmələri 366-cı motoatıcı rus alayının köməyi ilə qadınlara, uşaqlara, qocalara aman vermədən onları xüsusi vəhşiliklə qətlə yetiriblər: "Öz amansızlığına, vəhşiliyinə, kütləviliyinə və törədilən cinayətlərin ağırlığına görə Xocalı soyqırımı insanlığın tarixində qara ləkə kimi qalacaq. Xocalı qətliamının təşkilatçılarından və fəal iştirakçılarından biri Ermənistan dövlətinin başçısı Serj Sarkisyandır. Sarkisyan bu qətliamın törədilməsində iştirakını etiraf edib. Xalqımız erməni cəlladlarının Xocalıda törətdikləri soyqırımını hər il geniş miqyasda həm ölkə daxilində, həm də xaricdə ürəkağrısı ilə qeyd edir"."20 ildən çoxdur ki, cəbhə xəttində atəşkəsdir, əgər buna atəşkəs demək olarsa. Bu müddətdə cəbhə xəttində nə qədər əsgərimiz erməni snayperinə tuş gəlib. Demək olar ki, bütün dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanıyır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi və AŞPA-nın 1416 saylı qətnaməsi Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyini təsdiq edir. ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışır, ancaq nəticə yoxdur. Son sözləri bu olur ki, bu münaqişənin həlli Ermənistan və Azərbaycandan asılıdır. Azərbaycan yenilənmiş Madrid prinsiplərini qəbul edib. Ermənistan isə hələ də buna öz münasibətini bildirməyib, sülh danışıqlarını hər vasitə ilə uzatmağa çalışır. İşğalçı dövlət bununla da Azərbaycanı müharibəyə cəlb etməyə təhrik edir. Azərbaycan regionda iqtisadi cəhətdən inkişaf edən və daim tərəqqi edən bir dövlətdir. Əlbəttə, Azərbaycanın inkişafını istəməyən, yaxud da buna qısqanclıqla yanaşanlar da var. Biz də müharibə tərəfdarı deyilik. Çünki müharibə qan, dağıntı və insan itkisidir. Lakin torpaqlarımızın bir qarışını da heç kəsə vermək niyyətimiz yoxdur", - deyə millət vəkili fikirlərinə əlavə edib.

sia.az

Digər xəbərlər