PDF Oxu

Siyasət

  • 8

Ayaz Orucov: “Xocalı soyqırımı ölçüsü olmayan fəlakətin təcəssümüdür”

Ayaz Orucov: “Xocalı soyqırımı ölçüsü olmayan fəlakətin təcəssümüdür”

"Xocalı soyqırımı ölçüsü olmayan fəlakətin təcəssümüdür. XX əsrdə Avropada belə bir hadisənin baş verməsi heç bir çərçivəyə sığan hal deyil". SİA-nın xəbərinə görə, bu fikirləri millət vəkili Ayaz Orucov Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı danışarkən deyib.O bildirib ki, zaman keçdikcə həm Avropa, həm də dünya ölkələri faciənin acı nəticələrini dərk edərək araşdırıb və başa düşürlər ki, ermənilər tərəfindən Azərbaycan xalqına qarşı hansı vəhşiliklər törədilib: "İki gündən sonra Azərbaycan xalqı həmin qanlı hadisənin 22-ci ildönümünü qeyd edəcək. Bu da onu göstərir ki, Azərbaycan xalqı çox məkrlidir. Gələcək nəsli bu ruhda böyütməli və onlar ibrət götürməlidir ki, bizim düşmənlərimiz necə qan içən olublar. Heç kim zəmanət verə bilməz ki, ermənilərlə nə vaxtsa yenidən yaxınlaşsaq, onlar bu kimi hadisələri törətməyəcəklər".Millət vəkili həmçinin qeyd edib ki, ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində önəmli işlər həyata keçirilir: "Bununla yanaşı, Milli Məclisin üzvləri də digər xarici ölkələrin parlamentlərində, eləcə də bir sıra beynəlxalq təşkilatların tədbirlərində bu sahədə öz işlərini mütəmadi şəkildə davam etdirəcəklər".

sia.az

Digər xəbərlər