PDF Oxu

Siyasət

  • 8

AMEA-nın kreativ və novator prezidenti Akif Əlizadəyə

AMEA-nın kreativ və novator prezidenti Akif Əlizadəyə

Bəşər tarixi böyük insanlıq tarixidir. Bu tarixdə yer tutan, iz qoyan, soyadı müqəddəslikdən yoğrulan, özü ilahinin "könlünün xoş vaxtında" doğulan, sanılı şəcərəsinin daşıyıcısı olan bir tanınmış böyük alim var: kəlamı kamallı, salamı səmimiyyət, elmi elitarlıq, məntiqi mükəmməllik, səbri sahmanlı, əməyi çoxşaxəli, dili milli, dini-əxlaqi mənəviyyatlı, yolu vətənsevərlik, qayəsi tələbkar işgüzarlıq, məqsədi yaratmaq, vəzifəsi xoşniyyətlilik. O özü hamılığın sevdiyi sevimlimiz akademik Akif Əlizadədir.

Bəzən nağıllarda olan ağ atlı qəhrəmanın həyatda gerçək olduğunu da görürsən. O, ölkə Prezidenti İlham Əliyevin sözləri ilə desək: "Azərbaycan Elitası Milli Akademiyadadır" olan şəxsiyyətlərdən biri, AMEA ailəsinin lideri aristokrat alim Akif Əlizadədir.

Əsil elm fədailəri - elitlik simvolu, fitrən istedadlı, xilqətən zəkalı, xaraktercə güclü məntiqli, səbrən dözümlü, maddiyətən fədaidirlər. Bu sadalananlar akademik Akif Əlizadə nümunəsində xəlq olunmuşdur. Akif Əlizadə öz elmi düşüncəsi, baxış tərzi, idraki əqli, məntiqi yanaşması ilə elmi dairədə, siyasi sosiumda, sosial toplumda, mədəni kuluarlarda öz konkretliyi ilə, özünəməxsus ciddiliyi, ciddi rəsmiliyi, özünüdərk səmimiliyi, dəqiqliyi, nizamlığı ilə seçilmiş elit şəxsiyyətdir.

Milli Elmlər Akademiyası - çoxsaylı yaradıcı kollektivin, düşüncə sahiblərinin, söz-qələm-fikir fədailərinin, maraqları tədqiqatçılıq, mənafeləri araşdırmaçılıq olan elmçiliyin tarixi salnaməsidir. İnkişaf mərhələsində AMEA sovet dövrü ən yüksək elmi göstəricilərə nail olmuş, hətta sovet sisteminin repressiv təzyiq aparatı belə milli düşüncə sahibləırinin elm yolunu dəyişməmişdir. AMEA keçid dövründə, müstəqilliyin ilkin ərəfəsində belə çox-çox çətin bir durum şəraitində olsa da özünü qorudu, fəaliyyətini dayandırmadı. O yolun fədailəri böyük AMEA ailəsi, onun elm "təriqətçiləri" idi. AMEA elmdə olan insanlar üçün bir məbəd, müqəddəs bir ocaqdır. Bu yolda addımlayan minlərcə elmçilik vurğunları var... Orada laborantından başlayıb, elmi işçisindən tutmuş professor-akademikinədək bütün çətin - məsuliyyətli günlər, illərlə yazan-yaradan-yaşayan böyük AMEA-çıların birləşmiş möhkəmliyi var... Bütün formalaşma dövründə hər sınaqdan dözümlə çıxan AMEA bu gün müasirləşən, gündən-günə dəyişən, inkişaf tempinə görə bölgədə lider olan Azərbaycanın elmi kapitalıdır.

Təsadüfi deyildir ki, Böyük Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyəti dövründə Bakıya dönüşündə ilk ziyarətgahı da, çox sevdiyi və önəm verdiyi, AMEA ailəsi oldu. O görüşü dəstəkləyənlərin birincilərindən də biri akademik Akif Əlizadə idi...

Akademik Akif Əlizadə bir alim ömrünün keşməkeşli yolunda özünün formulu, üsulu, ideya və formulu, hər işdə, hər yerdə, hər zaman yenilikçiliyi ilə, dəyişdirici-qurucu missiyası ilə fərqlənən, tövsiyyələri və təklifləri ilə diqqətçəkən akademikdir. Bütün şəxsi, fərdi-fitri keyfiyyətləırinə görə seçilmişlərdən olan Akif Əlizadənin AMEA prezidenti kimi fəaliyyəti də ölkə Prezidentinin dəqiq kadr siyasətidir. AMEA prezidenti kimi Akif Əlizadə az müddət ərzində öz daxili novatorluğunu, yenilikçiliyə olan təşəbbüskarlığını sürətlə tətbiq edir.

Azərbaycanda modernləşmə xəttini əsas götürən Prezident İlham Əliyevin elmə verdiyi dəstəyi və elmə göstərdiyi diqqəti Akif Əlizadə, AMEA lideri kimi, qayda-qanunla, nizamla, alim çalışmalarına həssaslıqla formalaşdırır. AMEA ailəsi tək elmi axtarışlarla deyil, həm də gəncindən başlamış yaşlısınadək hər kəsi dinləyən, eşidən, problemlərə qarşılıqlı müstəvidə kompromis yolu tapan lideri olduğunu görür. AMEA liderinin ilk gəlişi günündən də bu hiss olundu. AMEA var idi, lakin sanki bir az çəkingən uşaq kimi idi... Bu gün dəyişən Azərbaycanda AMEA da yeniləşir. "Elm hünərdir" deyiblər və həm də "elm bilikdir" də söylənib. Hünərli alim olmaq Akif Əlizadə şəxsində AMEA ailəsinin dövlətə, dövlətçiliyə, müstəqilliyə bağlılığıdır.

AMEA-da fənlərarası metodologiyalar, elmlərarası inteqrativ yanaşmalar, tədqiqatlararası adaptasiya, araşdırmalararası identikləşmə gedir. AMEA lideri gənclərin gələcəyini necə qurmaq yolunu axtarmaqla, həm də ömrünü elmə fəda etmiş akademiyaçıların da problemlərinin müxtəlif vasitələrlə həllinin çözülməsi yolunu tutmuşdur. Akif Əlizadə elmi maraq müstəvisində gerçəklikləri kreativləşdirən bir AMEA lideridir. Özü dəqiq elmin nümayəndəsi olsa da sərrast natiqliyi, məntiqli söz bazası, modern təfəkkürü və bəzən də şeriyyatı ilə də seçilir.

AMEA qadınları tərəfindən AMEA-nın prezidenti, AMEA ailəsinin lideri, akademik Akif Əlizadəni doğum günü münasibəti ilə təbrik edir, can sağlığı və uğurlu elmi nailiyyətlər, AMEA-nın dirçəlişi və elmin kreativləşməsi yolunda müvəffəqiyyətlər diləyirik.

Rəna Mirzəzadə,

AMEA-da şöbə müdiri,

fəlsəfə elmləri doktoru

Digər xəbərlər