PDF Oxu

Siyasət

  • 10

Səttar Mehbalıyev: Dünyada mövcud olan ikili standartlar erməni qəsbkarlarının Xocalıda törətdikləri faciənin dünya dövlətləri tərəfindən soyqırımı kimi tanınmasına maneçilik törədir

Səttar Mehbalıyev: Dünyada mövcud olan ikili standartlar erməni qəsbkarlarının Xocalıda törətdikləri faciənin dünya dövlətləri tərəfindən soyqırımı kimi tanınmasına maneçilik törədir

"Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur. Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur". Bu fikirləri AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev deyib.

S.Mehbalıyev xatırladıb ki, 2012-ci ildə Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə Bakı şəhərində yüz minlərlə insanın qatıldığı izdihamlı yürüş təşkil edilib. Onun sözlərinə görə, təəssüf ki, bu günədək dünyada mövcud olan ikili standartlar erməni qəsbkarlarının Xocalıda törətdikləri faciənin dünya dövlətləri tərəfindən soyqırımı kimi tanınmasına maneçilik törədir.

"Lakin Azərbaycanın siyasi rəhbərliyinin, o cümlədən xaricdəki diplomatlarımızın apardıqları gərgin işin nəticəsində İslam Konfransı Təşkilatı Xocalı faciəsi ilə bağlı xüsusi qərar qəbul edib. Bir sıra dünya ölkələrinin, o cümlədən Meksika, Pakistan, Kolumbiya, Çexiya parlamentləri və digərləri əsil obyektivlik nümayiş etdirərək XX əsrin ən böyük faciəsi olan Xocalı soyqırımın tanıyıblar. Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də elan edilən "Xocalıya ədalət" beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası da bu siyasi kursun həyata keçirilməsində, xüsusilə Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında uzaqgörənliklə düşünülmüş uğurlu bir strategiyadır"- deyə, S.Mehbalıyev vurğulayıb.

yap.org.az

Digər xəbərlər