PDF Oxu

Siyasət

  • 8

Türkiyədə Xocalı soyqırımı ilə bağlı tədbirlər davam edir

Türkiyədə Xocalı soyqırımı ilə bağlı tədbirlər davam edir

Aydın Mirzəzadə: "Azərbaycan və onun son dövrlərdəki uğurları barədə məlumat verildi"

Qardaş Türkiyədə Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər davam etməkdədir. Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadənin SİA-ya verdiyi açıqlamasına görə, dünən Türkiyənin Kayseri şəhərindəki Erciyes Universitetində Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilmiş tədbir keçirilib: "Tədbir çərçivəsində universitetin rektoru, professor Fahreddin Kaleştemurla görüşdüm. Professor Kaleştemura Azərbaycan və onun son dövrlərdəki uğurları barədə məlumat verildi. Ona Azərbaycandan olan tələbələrin təhsilinə və problemlərinin həllinə göstərdiyi qayğıya görə nümayəndə heyətimiz adından təşəkkür edildi".

"Universitet rektoru azərbaycanlı tələbələrin çalışqanlığını vurğuladı və Azərbaycanı sevdiyini bildirdi" - deyə qeyd edən millət vəkili onu da vurğuladı ki, professor Kaleştemur bir müddət əvvəl Bakıya etdiyi səfəri xoş təəssüratlarla xatırlayır.

Aydın Mirzəzadə sonda Fahreddin Kaleştemura müəllifi olduğu "Qarabağ düyünü" kitabını və üstündə Azərbaycan gerbi olan stolüstü xatirə medalını hədiyyə edib.

sia.az

Digər xəbərlər