PDF Oxu

Siyasət

  • 15

"Xocalı faciəsinin dünyada tanıdılması saxta erməni soyqırımına dirəniş göstərmək üçün ən mühüm hadisədir"

"Xocalı faciəsinin dünyada tanıdılması saxta erməni soyqırımına dirəniş göstərmək üçün ən mühüm hadisədir"

"Azərbaycan xalqı hər zaman Xocalı faciəsinə görə hüzn hissi keçirir. Soyqırımın beynəlxalq aləmdə tanıdılması saxta erməni soyqırımına dirəniş göstərmək üçün ən mühüm real hadisədir. Digər tərəfdən isə Azərbaycan bu tanıtımda Xocalı qurbanlarının ruhunu şad etmək, eləcə də bu hadisə niyə baş verib sualının meydana çıxmasıdır". SİA-nın xəbərinə görə, bu fikirləri millət vəkili Zahid Oruc parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.Onun sözlərinə görə, ermənilər hər zaman saxta tarix iddialarını irəli sürürlər: "Düşünürəm ki, ermənilər 1 il sonra saxta erməni soyqırımının 100 illiyini beynəlxalq səviyyədə qeyd etmək üçün dünyanın daha geniş miqyaslarında bu işləri həyata keçirəcəklər. Ermənilərə qarşı mübarizə aparmaq istəyiriksə, o zaman müəllimlərimiz onların müəllimlərindən, əsgərlərimiz də onların əsgərlərindən üstün olmalıdır. Bu halda 10 il sonra cəmi 20-30 ölkə soyqırımı tanımış olsa belə, bizim üçün Dağlıq Qarabağ yaraları və Xocalı soyqırımının problemlərini ortadan qaldırmaq imkanlarımız olacaq".Millət vəkili Zahid Oruc həmçinin son zamanlar bir sıra mətbuat orqanlarında parlament üzvlərimizin nurçularla əlaqəli işləməsi barədə yayılan informasiyalara cavab verib: "Mətbuatın iddiasına görə, Azərbaycan parlamentində 20-yə yaxın millət vəkili Fətullah Gülənin "hizmət hərəkatı" ilə əlaqəlidir. Onlar qara mühasibatlıqda və ya kimlərdənsə maliyyə almaqda ittiham olunur. Bu süni məsələni bəzi qüvvələr media vasitəsilə Azərbaycanın daxilinə keçirmək istəyirlər. Adları "Gülən camaatı" ilə əlaqələndirilən millət vəkillərinin əksəriyyəti bu gün təhsil sektorundadır. Onların da təhsil verməkdən başqa iddiaları yoxdur. Həmin şəxslərin adını çəkmədən bildirmək istəyirəm ki, bu məsələ süni şəkidə ortaya atılıb və heç bir əsası yoxdur. Mən 20-dən çox parlament üzvümüz haqqında belə məlumatların yayılmasını qınayıram. Belə məlumatların yayılması, həmin insanların Türkiyədəki siyasi proseslərdə əlaqli olması olduqca yalnışdır. Əgər konkret faktlar varsa, o zaman ortaya çıxarsınlar. Mən süni quraşdırılmış məsələlərin Azərbaycana keçirilməsinin əleyhinəyəm".Spiker Oqtay Əsədov millət vəkilinin qaldırdığı məsələyə kəskin etirazını bildirib: "Ay hörmətli Zahid müəllim! Siz özünüz bu məsələnin süni və şər olduğunu bildirirsiz, amma hər zaman süni və şər hesab etdiyiniz məsələləri parlamentin gündəliyinə gətirməyə çalışırsız. Bu, düzgün deyil. Ümumiyyətlə, bu məsələnin parlamentdə danışılması düzgün deyil".

sia.az

Digər xəbərlər