PDF Oxu

Siyasət

  • 9

Ötən il 4,8 milyard manatlıq qiymətli kağız buraxılışı qeydiyyata alınıb

Ötən il 4,8 milyard manatlıq qiymətli kağız buraxılışı qeydiyyata alınıb

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin məlumatına əsasən, ötən il 4,8 milyard manatlıq qiymətli kağız buraxılışı qeydiyyata alınmışdır.

Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, qiymətli kağızlar bazarının ümumi emissiyasının 44,3 faizini səhmlər, 32,8 faizini Mərkəzi Bankın notları, 12,6 faizini dövlət istiqrazları, 9,8 faizini korporativ istiqrazlar, 0,5 faizini isə veksellər təşkil etmişdir.

Bu dövrdə Mərkəzi Bankın 299,8 milyon manatlıq notları, 424,7 milyon manatlıq səhmlər, 344,4 milyon manatlıq korporativ istiqrazlar və 98 milyon manatlıq dövlət istiqrazları Bakı Fond Birjasında keçirilmiş hərraclarda yerləşdirilmişdir.

Ötən il nominal dəyəri 819,3 milyon manat olan korporativ istiqrazlar, 148,5 milyon manat olan səhm, Mərkəzi Bankın 44 milyon manatlıq notları və 36,6 milyon manatlıq dövlət istiqrazları tədavüldə olmuşdur.

AzərTAc

Digər xəbərlər